Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində qiymət 4 larini keçib

London birjasında yanacağın qiyməti ötən günlə müqaisədə bu gün yenidən artaraq bir barelin qiyməti 118,30 dollar olub ki, bu da 2 dollar bahalaşma deməkdir.

24News.ge xəbər verir ki, dünya bazarında baş verən bahalaşma Gürcüstanda da yanacaq qiymətinə yenidən təsir edib.

Məlumata əsasən, bu gün yanacağın bəzi növlərinin qiyməti 4 larini keçib.

"Gulf", "Lukoil", "Wissol", "SOCAR" və "Rompetrol" yanacaqdoldurma məntəqələrində olan hazırki qiymətləri aşağıda sizə təqdim edirik:

● “SOCAR” yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 3,85 lari; "Regular" 3,70 lari; "Super" 4 lari; "Avro Dizel"in qiyməti 3,90 lari, Dizel isə 3,80 lari təşkil edir.

● "Wissol" yanacaqdoldurma məntəqələrində "Dizel Energy"nin qiyməti 3,99 lari; "Eco Dizel" tipli yanacağın qiyməti - 4,09 lari. "Ecopremium" və "Euro Regular" hazırda 3,89 və 3,77 lari; “Eko Super”in qiyməti 3,94 laridir.

● "Gulf" yanacaqdoldurma məntəqələrində 1 litr "G-Force Premium"un qiyməti 3,85 lari; "G-Force Euro Regular" 3,79 lari; 1 litr "Regular"ın qiyməti - 3,71 lari; “Super”in qiyməti 3,89 laridir. "Euro Dizel" və "G-Force Euro Dizel"in qiymət isə 4,03 və 4,09 lari təşkil edir.

● "Lukoil" yanacaqdoldurma məntəqələrində "Premium Avanqard" 3,86 lari, "Euro Regular" 3,73 lari; “Avro Dizel” tipli yanacaq 4,06 lari, “Super ekto” tipli yanacaq isə 3,95 laridir.

● "Rompetrol" yanacaqdoldurma məntəqələrinə gəlincə, bu günə olan "efiks Eurodizel"in qiyməti 3,98 lari; 1 litr "Eurodizel" 3,93 lari; "Euro Premium" 3,86 lari; "Avroregular" tipli yanacaq 3,73 lari; “Super” tipli yanacağın qiyməti isə 3,95 laridir.