Neft-mədən xidmətləri şirkətlərindən beşincisi Rusiyaya investisiyaları dayandırıb


Kanadanın neft-mədən xidmətləri şirkəti “Calfrac Well Services” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya bütün investisiyaları dayandırdığını və avadanlıq tədarükünü ləğv etdiyini açıqlayıb.

Bu barədə şirkətin saytında bildirilir.

Həmçinin qeyd edilir ki, “Calfrac”ın Direktorlar Şurası və rəhbərliyi Ukraynadakı münaqişədən dərin məyus olub.

Xatırladaq ki, Rusiyada işlərinin dayandırıldığını elan edən ilk böyük neft-mədən xidmətləri şirkəti ABŞ-ın “Halliburton” şirkəti olub. Dünyada ikinci ən böyük neft-mədən xidmətləri şirkəti və ABŞ-da neft sənayesi üçün ən böyük avadanlıq təchizatçısı bu qərarını Rusiyaya qarşı sanksiyalarla əlaqələndirib.

Daha sonra “Schlumberger”, “Baker Hughes” və “Weatherford International” neft-servis şirkətləri də Rusiya layihələrinə sərmayə qoymaqdan imtina etdilər.

Mənbə: RBK