NAZİR:“Sənaye zonaları üzrə məhsul satışı kəskin artıb” - FOTO

“Ölkəmizdə yerli sənaye istehsalının təşviqi və ixrac potensialının artırılması nəticəsində bu ilin yanvar-fevral aylarında sənaye zonalarındakı müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib və bu məbləğin 191 milyon manatı ixracın payına düşür”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” hesabında paylaşım edib.
“Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76 %, ixrac isə 138 % artıb”, - deyə nazir bildirib.