“Azərsun Holdinq” məlumat YAYDI:"Kifayət qədər xammal ehtiyatı mövcuddur" - Qıtlıq olmayacaq! 

Müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığınn yaranması barədə məlumatlara cavab olaraq bildirmək istəyirik ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. 
"Sherg.az" xəbər verir ki, bu barədə “Azərsun Holdinq”dən bildirilib. Məlumata görə , kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir.  Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq.