Azərbaycan nefti 110 dollara qədər ucuzlaşdı


Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları və ya 1,56 % azalaraq 110,58 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.