“Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə də itkin düşənlərin axtarışları aparılacaq”

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində də itkin düşən şəxslərin axtarışları aparılacaq”.
“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.
“Bu işdə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq etməyi planlaşıdırırıq”, - o, əlavə edib.