Türkiyədə illik inflyasiya 61 faizdən çox artıb

Türkiyədə illik inflyasiya martda bir ay əvvəlki 54,44 %-dən 61,14 %-ə yüksəlib.
Bu barədə ölkənin Statistika İnstitutu məlumat yayıb:
“Türkiyədə illik ifadədə inflyasiya mart ayında sürətlənərək 61,14 %-ə çatıb”.
Eyni zamanda, təkcə fevral ayında Türkiyədə istehlak qiymətlərinin artımı 5,46 % təşkil edib.
Mənbə: TRT Haber