Sosial evlər paylanır:“Tələbəyə də verilir, gənc ailəyə də”

Uzun müddətdir, evsizlik gənc ailələr üçün problemdir. Xüsusilə də, evlənmək mərhələsində olan gənclərin bir çoxu bundan əziyyət çəkir, bəzi hallarda ailə qurmamaq fikrinə düşürlər. Halbuki, “evlilik” sözünün kökündə “ev” kəlməsi var. Boşanmalar da çox zaman evszlik səbəbindən baş verir. Doğrudur, hökumət mövcud problemin aradan qaldırılması istiqmaətində addımlar atdı.Buna  Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) misal göstərə bilərik. Amma MİDA da gözləntiləri doğrultmadı. Agentliyin satışa çıxardığı mənzillər gənc ailələr üçün əlçatan olmadı. 

Maraqlıdır, belə bir məqamda dövlət hansı addımlar ata bilər?
Sualmızı cavablandıran iqtisadçı millət vəkili Vahid Əhmədov “Sherg.az”a bildiribki, ev almaq üçün dövlət gənclərə hər bir şərait yaradıb:
Əlbəttə, gənclərin  işləməsi vacibdir. Azərbaycanda gənclərə kreditlə evlər verirlər. Hansı gənc işləyir onun elə də böyük problemi yoxdur. Çünki sistemə çıxan mənzillərdən alırlar, kirayə tuturlar. Düzdür, son vaxtlar, həll edilməyən müəyyən məsələlər olub. Əvvəllər bu proseslər çox idi nəzarətdə idi. Hətta güzəştli kreditlər verirlər. Həmin kreditin məbləğini və faizini aşağı salırlar. Liqotlar kifayət qədərdir. Ola bilər, bəzi vətəndaşlar eşitməyiblər və ya istifadəni bilmirlər.  İstənilən gənc işləməlidir ki, müəyyən gəlirə sahib olsun”.

Millət vəkili qeyd edib ki, evlərlə bağlı qərarlar və layihələr var:

“Sosial evlər paylayırlar. Tələbəyə də verilir, təzə evlənənə də.  Lakin iş yeri olmayanlara verilməsi bir qədər problemli məsələdir. Çünki ödəniş zamanı çətinliklər yarana bilər.  Dövlət büdcəsindən kifayət qədər maliyyə ayrılıb”.