Hindistan şirkəti iki milyon barel Rusiya nefti alıb

Hindistanın neft emalı şirkəti “Bharat Petroleum” may ayında yüklənib göndərilməsi üçün Rusiyadan iki milyon barel “Urals” nefti alıb.

Müqavilə bağlandıqdan sonra, Hindistan tərəfindən spot müqavilələr çərçivəsində ehtiyatda saxlanılan Rusiya neftinin həcmi fevralın 24-dən etibarən minimum 16 milyon barelə çatıb. Bu isə ölkənin 2021-ci ildə Rusiyadan ümumi neft idxalı ilə uyğunluq təşkil edir.

 Mənbə: The Hindu