Azərbaycanın inflyasiya proqnozu DƏYİŞDİ

Dünya Bankı (WB) bu il Azərbaycanda illik inflyasiyanın 9 % olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
Hesabata əsasən, 2023-cü ildə Azərbaycanda illik inflyasiya bir qədər azalaraq 6,6 %-ə, 2024-cü ildə isə 6 %-ə enəcək.
Xatırladaq ki, Dünya Bankının ötən ilin oktyabr hesabatında Azərbaycanda bu il üçün illik inflyasiyanı 4,5 %, 2023-cü ildə isə 4,1 % səviyyəsində proqnozlaşdırılırdı.