Azərbaycan neftinin qiyməti “Brent”lə eyni HƏDDƏ

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,22 ABŞ dolları, yaxud 2,12 % azalaraq 102,63 ABŞ dollarına enib.
Qeyd edək ki, dünən “Brent” markalı neftin bir bareli 102,78 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.