Azərbaycan neftinin qiyməti 110 dolları KEÇDİ

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
"Sherg.az" xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,61 ABŞ dolları, yaxud 1,48 % artaraq 110,72 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.