“Xocəsən” stansiya açılışa tam hazırdır - RƏSMİ

Bakı metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. 
Modern.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Hidayət Məmmədov deyib. 
Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:
“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”.