Avropada təbii qazın qiyməti artıb

Avropada təbii qazın qiyməti oktyabrın 14-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1500 ABŞ dolları təşkil edib.
Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2,5 % artaraq 1500,9 ABŞ dolları təşkil edib.