Nazir Naxçıvandakı islahatlardan DANIŞDI

“Naxçıvanda aparılan islahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var”.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi deyib.
“Əvvəlcədən nəsə demək düzgün olmaz. Bununla bağlı daha ətraflı məlumat veriləcək”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək Baş İdarə yaradılıb.