Avtomobil bazarında vəziyyət:“Qiymətlərdə artım...”  

"Bu gün  Azərbaycanın  avtomobil bazarında olan vəziyyət  stabildir". Bu barədə “Sherg,az” nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib. O qeyd edib ki, qiymətlərdə yüksəlmə müşahidə olunmur:

“Azərbaycanda avtomobillərin qiymətində artım sonuncu dəfə iyun ayının sonlarına doğru yaşanmışdı. Ümümi bazar qiymətləri var və hazırda bu qiymətlərdə yüksəlmə yoxdur. Bu ilin sonuna qədər də artım gözlənilmir" . 

O, qeyd edib ki,ölkəmizdə vətəndaşların maraq göstərdikləri avtomobillər əsasən  ekoloji təmiz nəqliyyat vasitələridir:

“Bu avtomobillər elektromobillərdir. Həmin avtomobillər dövlət rüsumundan azad edilib. Vətəndaşlar onu aldıqları qiymətə ölkəyə gətirə bilirlər. 

Əvvəl  Azərbaycana idxal olunan avtomobillər ən çox Rusiya istehsalı olurdu . Rusiyada avtomobil bazarı çökdükdən sonra Cənubi Koreya, Yaponiya, ABŞ  və Avropa ittifaqı ölkələri bu yeri tutdu. Çox idxal bu ölkələrdən olur.Yeni avtomobillər  daha çox Yaponiya və Cənubi Koreyadan əldə edilir. Köhnə avtomobillər isə ABŞ və Avropa ölkələrindən gətirilir”.

Şərqiyyə NƏBİ