Azərbaycanda ət idxalı cüzi artıb

Yanvar-noyabr aylarında 38,3 min ton ət idxal edilib.

Sherg.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 72,2 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 62,3 milyon dollar olmaqla 36,3 min ton ət idxal edilib.