Reklam yerləşdirmək istəyən sahibkarlara MÜRACİƏT


Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınması üçün Dövlət Reklam Agentliyinin (ADRA) regional reklam idarələri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.

Bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, bu xidmətin təşkili məqsədi ilə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində Dövlət Reklam Agentliyinin xidmət masaları fəaliyyət göstərir.

Sahibkarlar bu xidmət masalarına yaxınlaşmaqla açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi, bununla bağlı informasiya və lazımi sənədlər barədə məlumat ala, eləcə də hazır sənədi götürə bilərlər.