COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrlə bağlı YENİ QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, daha əvvəl bu müddət yanvarın 1-dək uzadılmışdı.