Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,1% azalaraq 88,91 ABŞ dollarına enib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.