Azərbaycan neftinin qiyməti 88 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları, yaxud 1,26% azalaraq 87,79 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.