Beyons 2 min sterlinq xərclədi


110 ədəd toyuq burger,  90 ədəd pide, 9 ədəd toyuq budu …

  Popun kraliçası Beyons dünya turuna davam edir. “Renaissance” adlı musiqi albomu ilə eyni adı daşıyan tur çərçivəsində Şotlandiyanın Murrayfield şəhərində konsert verən Beyonsun sifarişi eşidib-bilənləri heyrətə salıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Beyons konsertdən əvvəl toyuq burgerindən 110 ədəd,  90 ədəd pide, toyuq budundan isə 9 ədəd sifariş edib. Beyonsun sifarişi heyrətə səbəb olub. Məlum olub ki, pop “ulduz”u dünya turunda onu müşayiət edən komandasını restorana aparıb və hamını qonaq edib. Komandası üçün nəhəng nahar süfrəsi sifariş edən müğənninin ödədiyi məbləğ də “dodaq uçuqladır” -  2 min sterlinq! Əlbəttə, şəxsi sərvətinin 500 milyon dollar olduğu deyilən, Malibuda Sakit okeana mənzərə açılan 200 milyonluq villaya sahib “ulduz” üçün 2 min sterlinq böyük miqdar sayılmaz. Əsas Beyonsun komanda üzvlərinə qarşı sərgilədiyi diqqətdir. Beyons 2008-ci ildə Jay Z ilə evlənib. Onların 3 övladı var: Blue, Rumi və Sir.