“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 13,1% (nominal qiymətlərlə) artıb.