Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar iyunun 22-də ödəniləcək


Qurban bayramı ilə əlaqədar bütün növ sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.

Bu barədə Sherg.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan bildirilib.


Qeyd edilib ki, iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.