Gürcüstanın xarici ticarət dövriyyəsi 18,9 faiz artıb


Cari ilin yanvar–may ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 18,9 faiz artaraq 8,360 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Bildirilib ki, Gürcüstanın xarici ticarətində ixracın həcmi 18,5 faiz artaraq 2,5 milyard ABŞ dolları, idxalın həcmi isə 19,1 faiz artaraq 5,859 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsində 3,359 milyard ABŞ dolları həcmində mənfi saldo yaranıb. Bu da ümumi xarici ticarət dövriyyəsinin 40,2 faizini təşkil edib.