Rusiya XİN İrəvanda abidənin təhqir olunmasını qətiyyətlə pisləyib
19:39 30.01.2024
Dünya
399
Rusiya Federasiyası İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasını vandalizm aktı adlandırıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yazılı bəyanatında bildirilib.
Rusiya XİN sözçüsü abidə ilə bağlı baş verən vandaliz aktını qətiyyətlə pisləyib.
"Yanvarın 29-da İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyirik. Dərin təəssüf hissi ilə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil. Biz dost erməni xalqının baş verənlərə qarşı kəskin reaksiyasını görürük. Biz Ermənistan Hakimiyyəti orqanlarından bunu, eləcə də gələcəkdə baş verə biləcək bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik.
Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələmək üçün Ermənistanda başladılan ictimai kampaniya çaşqınlıqlar yaradır. Biz mühasirə zamanı həlak olmuş 1 milyon 384 min leninqradlının işıqlı xatirəsinin ələ salınmasına imkan verməyəcəyik. Bu dəhşətli cinayətlə əlaqədar biz müvafiq federal qurumlarla, o cümlədən bu vandalizm aktı ilə bağlı cinayət işi açan Rusiya Federasiyasının İstintaq Komitəsi ilə qarşılıqlı əlaqədəyik.
İrəvandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin direktoru Ermənistan Baş Prokurorluğuna rəsmi müraciət ünvanlayıb. Yanvarın 30-da axşam saatlarında Ermənistanın səlahiyyətli orqanları cinayət işi açıb", deyə Zaxarovanın bəyanatında qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm