Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu, son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir.
Dollara olan tələbatın artmasının səbəbləri barədə "Sherg.az"ın suallrını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli 1-2 hərrəcla dollara olan tələbatın yüksəlməsini söyləməyin çətin oldğunu bildirib:
"Amma Azərbaycanda 2023-cü ildə idxalın artması, dollara olan tələbin yüksəlməsinə səbəb olub. Eyni zamanda Qarabağda həyata keçirilən invesitsiya layihələrinin sayında baş verən yüksəliş məsələyə müsbət yöndə təsir göstərən digər faktorlardandır. 2024-cü ildə də bu tempdə yüksəliş olacağını gözləyirəm. Dollara olan tələbatın artması ilə bağlı daha dəqiq məlumat üçün 2-3 ay zaman lazımdır ki, sözügedən sahədə statistika formalaşsın".