Əmtəə bazarlarında qızılın qiyməti 2 400 dolları ötüb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,44% artaraq 2 401,3 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,55% artaraq 31,54 ABŞ dollarına bərabər olub.