"Azərbaycanda bir araya gəlməyiniz bizə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini xatırladır”.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində CANSO-nun baş direktoru Saymon Hokkard deyib.
O bildirib ki, Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atıb.
"Bu mühüm müzakirəni burada, Bakıda apararaq biz gələcək nəsillər üçün planetimizin ekosisteminin qorunması məqsədilə bütün sənaye və ölkələrin birgə səylərinin zəruriliyini dərk edirik", - deyə Saymon Hokkard əlavə edib.