Bitcoin-dən yeni rekord: 106.000 dollardan yuxarı qalxdı

Noyabrın 5-də Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra yüksələn bitkoin 106 min dolları keçərək tarixi rekord qırıb. Beləliklə, Trampın seçilməsi ilə 50 faizdən çox artım oldu.

Sherg.az xəbər verir ki, seçkilərdən əvvəl Tramp Bitcoin ehtiyatı yaratmaq və rəqəmsal aktivlərə müsbət baxan insanları maliyyə institutlarına təyin etmək istədiyini bildirib.

Trampın kriptovalyuta bazarındakı tənzimləmələri azaldacağına dair gözləntilər də artmışdı.

Ayın əvvəlində Tramp, Silikon Vadisi sahibkarı və investoru David Sacksın "Ağ Evin AI və Kripto Çarı" kimi xidmət edəcəyini açıqladı.

Donald Tramp, "Sacks qanuni bir çərçivə üzərində işləyəcək ki, kripto sənayesi istədiyi aydınlığa sahib olsun və ABŞ-da inkişaf edə bilsin."

Sacks PayPal-ın keçmiş rəhbəri və Trampın son seçkilərdəki ən görkəmli tərəfdarlarından biri olan Elon Maskın yaxın dostudur.

Tesla milyarderi İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Amerikanın "davamsız" borc artımı ilə mübarizə aparmaq üçün kriptovalyutadan istifadə etməyə çağırıb.

Tramp həmçinin seçki mitinqlərində ABŞ-ı “planetin kripto paytaxtı” edəcəyinə söz verib.

Bitcoinin dollar üçün təhlükə olmadığını vurğulayan Tramp, Bayden administrasiyasına işarə edərək, “Maliyyə gələcəyimiz üçün təhlükə kriptodan deyil, Vaşinqtondan gəlir” deyib.

Tramp həmçinin Bitcoin və kriptovalyutaların hər zamankindən daha sürətlə bahalaşacağını bildirərək “Bitcoininizi heç vaxt satmayın” tövsiyəsini verib.