Mərkəzi Bank üç kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycanda üç kredit ittifaqının lisenziyası ləğv edilib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bunlar "Amin Kredit İttifaqı", "Abbas Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı"dır. Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya enib.

Qeyd edək ki, 2024-cü ildə ləğv edilən kredit ittifaqlarının sayı 4-ə çatıb. Bu ilin aprel ayında isə "Sənan Kredit İttifaqı"nın lisenziyası ləğv olunub.