Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi
19:50 08.11.2025
Siyasət
554
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Zəfər Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar tarix müasir Azərbaycan tarixində xüsusi yer tutur, Azərbaycan xalqının ədalətə, sülhə və birliyə sarsılmaz iradəsini, suverenlik və müstəqillik prinsiplərinə möhkəm sadiqliyini təcəssüm etdirir.
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyiniz strateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğu salnaməsində davamlı və yaradıcı tərəqqinin yeni səhifəsini açmışdır.
Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş siyasətiniz beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq geniş dəstək qazanmışdır. Çünki bu siyasət uzunmüddətli əməkdaşlıq, qarşılıqlı etimad və bütün regionun davamlı inkişafı üçün əlverişli şərait yaradır.
Bu fürsətdən istifadə edərək, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin dinamik inkişafını böyük məmnunluqla qeyd etmək istərdim. İkitərəfli əməkdaşlığın dostluq və mehriban qonşuluq ruhunda möhkəmlənməsinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə tükənməz enerji, qardaş Azərbaycan xalqının rifahı naminə yeni uğurlar arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur