Astana, Bakı və Daşkənd enerji sisteminin inteqrasiyası üçün hazırlıq işlərinə başlayıb
Yusif Nəzərli
08:08 10.05.2024
İqtisadiyyat
625
Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmaq üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TES) hazırlamağa başlayıblar.
“APA-Economics”in “TASS“a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev brifinqdə bildirib.
“Təmiz elektrik enerjisi almaqda maraqlı olan Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında razılaşma imzalayıblar ki, bu da bizə premium bazarları təmiz, bərpa olunan enerji ilə təmin etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyalardan gedir”, - nazir qeyd edib.
Onun sözlərinə görə, elektrik enerjisinin ixracı üçün Xəzəryanı və Aral zonalarının külək potensialından istifadə edilməsi planlaşdırılır.
“Biz indi layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlamışıq, ona uyğun olaraq tikinti müddəti müəyyən ediləcək.Texniki-iqtisadi əsaslandırma üzrə ilkin nəticələri ilin sonuna qədər əldə etməyə planlaşdırır”, - energetika naziri vurğulayıb.
Xatırladaq ki, bu ilin mayın 1-də “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol