“AtaBank” bağlanır? – Bankdan təkzib etmədilər, əmanətçilər narahatdır
Banuçiçək Kalbalıyeva
14:17 27.01.2020
İqtisadiyyat
5921
“AtaBank”ın fəaliyyətini dayandırmaq qərarı haqqında xəbərlər yayılıb. Bankın bağlanması xəbəri orada əmanətləri olan vətəndaşları narahat qoyub. Onları bank bağlanacağı halda hesablarındakı pulun taleyi düşündürür.
Məsələ ilə bağlı bankın baş ofisi ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs “Sonra zəng edin” deyərək yayılan məlumatı nə inkar etdi, nə də təsdiqlədi. Bəs vətəndaşlar nə etməlidir?
İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, əmanətlərini tam sığortalayan şəxslərin narahatlığı üçün heç bir əsas yoxdur.
“Əmanətlərini sığorta elətdirmək vətəndaşlara müəyyən məhdudiyyətlər qoyur. Belə ki, əgər əmanət milli valyutadadırsa onun üzərinə gələn faiz 10-dan, xarici valyutadadırsa 2.5-dən çox olmamalıdır. Bir də nəzərə almaq lazımdır ki, 4 manatda “Əmanətin tam sığortalanması” haqqında Qanunun qüvvədən düşür. Qanunun müddətinin uzadılıb uzadılmaması isə sual altındadır. Əgər limit 4 manat dan yuxarı qalxmadan bank bağlanarsa heç bir problem yoxdur. Əks halda isə əgər qanunun müddəti uzadılmasa, vətəndaşlar öz əmanətlərinin yalnız müəyyən bir hissəsini, daha dəqiq desəm, 30 min manatadək məbləği kompensasiya edə bilərlər.
Odur ki, əgər kiminsə “Atabank”da 30 min manatdan çox əmanəti varsa gərək banka müraciət edərək həmin məbləği bir neçə nəfər arasında bölsünlər. Məsələn 100 min manatlıq əmanət 4 nəfər arasında bölünməlidir ki, pul tam kompensasiya olunsun. Amma belə olanda indiyə kimi hesablanmış faizlər itirilir. Digər bir variant isə yalnız 30 mini kompensasiya etməklə kifayətlənməkdir”.
Ekspert belə neqativ halların yaranmasında Mərkəzi Bankı günahkar bilir. O, düşünür ki, əgər Mərkəzi Bank lazımi tədbirləri görsə vətəndaşlar üçün də heç bir təhlükə olmaz:
“Mərkəzi bank iki variantdan birini tətbiq etməlidir. Əgər Mərkəzi Bank “AtaBank” ın müflis olacağını gözləmir, bu prosesin müvəqqəti davam edəcəyinə inanırsa, kredit verməlidir. Yox, “AtaBank”ın öz fəaliyyətini davam etdirməyəcəyinə əmindirsə bankın fəaliyyətinə vaxtında xitam verməlidir. Mərkəzi Bank bunlardan heç birini etmədiyinə görə vətəndaşların işləri qəlizləşir”.
Əkrəm Həsənov onu da vurğuladı ki, hüquqi şəxslər daha çox təhlükə altındadırlar, nəinki fiziki şəxslər:
“Əslində fiziki şəxslər üçün elə də böyük problem yoxdur. Çünki onların əmanətləri sığorta olunub. Şirkətlər isə hesablarındakı məbləği sığorta etdirmədiklərinə görə vəziyyətləri bir az çətin olacaq. Müşahidələr göstərir ki, banklar iflasa uğrayanda hüquqi şəxsin əmanətinin hamısı, bəzi hallarda isə müəyyən hissəsi batır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya