Avtomobillərin qiyməti ucuzlaşır ? - AÇIQLAMA
Nihat Müzəffər
07:22 16.09.2019
İqtisadiyyat
1291
“Yaxın bir-iki müddətinə Azərbaycanda avtomobillərin qiyməti ucuzlaşa bilər”.
Bu barədə “Sherg.az”a avtomobil bazarındakı son durumu dəyərləndirərkən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, hazırda avtomobil bazarında qiymətlər artan dinmika üzrə hərəkət edir:
“Bu tendensiya hər il bu cür olur. İlin sonu, xüsusən də, payız fəsli başlayanda bazarda canlanma yaranır deyə qiymətlər yüksəlir. Hazırda ölkədə avtomobil bazarı tamamilə nəzarətsiz vəziyyətdədir. Avtomobil dəllalları bazarda istədiyi vaxt qiymətləri qaldırıb- endirərək tələb-təklif tarazlığını pozur. Fikrimcə, yaxın bir-iki ilə ölkədə avtomobillərin qiyməti ucuzlaşa bilər.
Sadəcə, dövlət tərəfindən bu işə bir daha sərt şəkildə yanaşma nümayiş etdirilməlidir. Yəni, hibrit və elektromobillərin ölkəyə gətirilməsini situmullaşdırmaq lazımdır. Hətta bununla bağlı cənab Prezident tərəfindən 2018-ci il, dekabr ayının 20-də yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı hazırlanıb. Orda da bu məsələ öz əksini tapır. Yəni, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da situmullaşdırma lazımdır.
Bəzi ölkələrin bu yöndə tətbiq etdikləri tücrübə bizdə də həyata keçirilə bilər. Belə ki, benzin və dizel mühərriklə işləyən avtomobillər gətirən insanlarla elektromobil idxal edənlər arasında gömrük, vergi ödənişlərində təxminən 70 faizə yaxın endirim ola bilər. Dizel mühərriklə işləyən avtomobillərin idxalına 10 min manat gömrük rüsumu alınırsa, bu rəqəm elektromobil gətirənlərdə üç min manat olmalıdır. Artıq belə bir praktikada insanlar situmul hiss edirlər. Onlar köhnə avtomobillərdən az istifadə etdikcə qiymətlər düşür. Çalışmalıyıq ki, avtomobil bazarındakı köhnə maşınları almayaq. Köhnə avtomobillər ölüm deməkdir”.
E.Muradlı onu da söyləyib ki, mövsümlə əlaqədar olaraq bazarda avtomobillərin qiyməti bahalaşıb:
“Qiymətlər artmağa davam edir. Ona görə də, dövlət bu sahədə bəzi tədbirlər həyata keçirməlidir. Yeni avtomobillərdə rüsumlar aşağı olmalıdır. Bu zaman insanlar aşağı qiymətə yeni avtomobil alar. Beləliklə də, həm bazardan köhnə maşınlar çıxar, həm də qiymətlər normallaşar. İndiki halda Azərbaycan regionun ən güclü dövlətidir. Qonşu dövlətlərin bir çoxu Azərbaycandan asılı vəziyyətdədir. Amma hazırda biz Gürcüstandan avtomobil sənayesində geridəyik. Gürcüstanın daxili avtomobil sənayesi yoxdur.
Lakin gömrük rüsumları az olduğuna görə, başqa ölkələrdən ucuz qiymətə köhnə avtomobillər gətirir. Müxtəlif kosmetik dəyişikliklər edərək ixrac edir. Məgər bu gün Azərbaycanın Yaponiyadan, Almaniyadan avtomobil idxal etməyə gücü yoxdur? Əlbəttə, var. Amma ölkədə elə bir şərait yaradılıb ki, bu mümükünsüz həddə çatıb. Bu kimi məsələlərə diqqət yetirilsə, avtomobil bazarımızdakı durum arzuolunan səviyyəyə yüksələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm
İran Naxçıvana hücumda hansı dronlardan istifadə edib? - DETALLAR
14:37 05.03.2026
Gündəm