Azərbaycan məhsullarını sərhəddən buraxmırlar
06:53 17.07.2021
İqtisadiyyat
537
Pomidorun bir qutusunun ekspertizası üçün 5 dollar pul alırlar
Rusiya iqtisadi bazardan həm də bir ticarət silahı kimi istifadə edir
Ötən gün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Bölgələrarası İdarəsi Azərbaycandan Rusiya ərazisinə meyvə və tərəvəzin gətirilməsinə icazə verməyib. Karantin fitosanitar nəzarəti nəticəsində Azərbaycandan gətirilən 83,2 ton pomidor və 36,9 ton şaftalı Rusiya ərazisinə buraxılmayıb. Meyvə-tərəvəzlərin buraxılmamasının səbəbi Ümumrusiya Bitki Karantin Mərkəzinin Dağıstan şöbəsinin məhsullarda pomidor güvəsi və şərq güvəsinin aşkarlanmasını təsdiqləyən laboratoriya hesabatı olub. Karantin qanunvericiliyinin tələblərinə uyğun olaraq mallar ixracatçı ölkələrə geri qaytarılıb, günahkar şəxslər isə inzibati məsuliyyətə cəlb edilib. Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar.
Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib. Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhədində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür. Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.
Mövzu ilə bağlı iqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli "Şərq"ə açıqlama verib. O, kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmamasının arxasında hər hansı bir siyasi oyunun olub-olmadığını şərh edib. Ekspert ilk olaraq diqqətə çatdırıb ki, beynəlxalq ticarətdə qida təhlükəsizliyi ilə bağlı ölkələr arasında müəyyən anlaşmalar var. Əgər Azərbaycan tərəfindən müəyyən fitosanitar karantin sertifikatları verilibsə və onu Rusiya tərəfi tanıyırsa, belə hadisələr əslində çox az olmalıdır:
"Ancaq görünən odur ki, hətta mətbuatda da məlumat verilmişdi ki, ekspertizaya müxtəlif monopolistlər əl qoyub. Pomidorun bir qutusunun ekspertizası üçün sahibkarlardan 5 dollar pul alırlar. Təbii ki, bunlar qeyri-rəsmi olaraq həyata keçirilir. Həmçinin burda müxtəlif ehtimallar ola bilər. Təbii ki, ehtimallardan ən böyüyü və realı budur ki, monopoliyadan kənar Rusiyaya belə məhsul aparanları bizim monopolistlər Dağıstanda, Rusiyanın müxtəlif bölgələrində əlaqə qurduqları həmin dövlət orqanlarının əli ilə vurub bazardan çıxarırlar".
N.Bəydəmirli qeyd edib ki, keçən ilin sonlarından başlayaraq bir neçə dəfə də belə addımlar atılıb:
"Bütövlükdə Azərbaycandan gedən pomidor, alma və digər məhsulların Rusiyaya daxil olmasını guya standartlara cavab vermədiyi əsas gətirərək bloklamışdılar. Bunu müxtəlif danışıqlar aparıldıqdan sonra aradan qaldırdılar. Bundan sonra bir neçə şirkətə individual olaraq icazə verilməyə başladı. Bu məndə ciddi şübhələr yaratdı ki, bu, məmur sahibkarlığının monopoliya yaratmağı ilə bağlıdır. Hesab edirəm ki, bu bizim üçün əslində yenilik deyil. Rusiya iqtisadi bazardan həm də bir ticarət silahı kimi istifadə edir. Müxtəlif addımlar ataraq zaman-zaman məhdudlaşdırır və bunu siyasi təzyiq kimi tətbiq etdiyi hökumətlərlə "danışıq” mövzusuna gətirir.
Burda daha çox Azərbaycan istehsalçılarını yox, Rusiya tərəfini günahlandırıram. Təbii ki, Rusiya ən korrupsiyalaşmış və kriminal dövlətlərdən biridir. Belə ehtimalların olması da çox yüksəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ olub
19:17 02.03.2026
Hadisə
Ərdoğan və Merz İrana hücumları müzakirə ediblər
19:10 02.03.2026
Dünya
Tramp İranla bağlı bəyanatla çıxış edəcək
19:04 02.03.2026
Dünya
“İran ABŞ-la qarşıdurmaya hazır deyil” - Hərbi ekspert
18:40 02.03.2026
Gündəm
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm
İranın yeni lideri ilə bağlı açıqlama: Tezliklə təqdim olunacaq
16:15 02.03.2026
Gündəm
Vüqar Mustafayev Yaşar Gülərlə görüşdü
16:08 02.03.2026
Dünya
Tramp: İran razılığa gəlmək istəyir
16:05 02.03.2026
Gündəm