Azərbaycan şüşə ixracını 6 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 42,517 milyon ABŞ dolları dəyərində şüşə və ondan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,738 milyon ABŞ dolları (1,8 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın şüşə və ondan hazırlanan məmulatlar ixracının dəyəri isə 3,052 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,549 milyon ABŞ dolları (6,1 dəfə) çoxdur.

Hesabat dövründə şüşə və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,68 %-ni, ixracı isə ümumi ixracın 0,03 %-ni təşkil edib.