Azərbaycanda əkin sahələrinin 98 %-i biçilib
09:46 20.08.2021
İqtisadiyyat
541
Bu il avqust ayının 17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 %-i biçilərək məhsulu yığılıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, sahələrdən 3 milyon 057,1 min ton məhsul toplanıb, məhsuldarlıq 31,8 sentnerə bərabər olub. Məhsulun 1 milyon 885,4 min tonunu və yaxud 61,7 %-ni buğda, 1 milyon 146,6 min tonunu (37,5 %-ni) arpa, 25,1 min tonunu (0,8 %-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 27 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90 %-dən aşağı olub.
Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44 sentner), Sabirabad (müvafiq olaraq 41,9 sentner), Tərtər (40,9 sentner), Saatlı (40,8 sentner), Ağdam (40,2 sentner), Salyan (39,9 sentner), İmişli (39,3 sentner), Ağcabədi (39,3 sentner), Samux (37,4 sentner) və Tovuz (37,2 sentner) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki (194,8 min ton), Cəlilabad (184,6 min ton), Kürdəmir (136,3 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,6 min ton), Ağsu (115,9 min ton), İsmayıllı (107,5 min ton) və Sabirabad (106,1 min ton) rayonlarında müşahidə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya