Azərbaycanda ikinci əl avtomobillərin qiyməti ARTDI
Yusif Nəzərli
07:06 02.11.2021
İqtisadiyyat
706
“Oktyabr ayında ötən aya nisbətən Azərbaycanda ikinci əl avtomobillərə tələb artıb”.
Bu barədə “Report”a açıqlamasında oktyabr ayında ölkənin avtomobil bazarında gedən prosesləri şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Ekspert ötən ayda bazarda yaşanan canlanmadan danışıb:
“Azərbaycanın avtomobil bazarında canlanma hiss olunur. Bu da mövsümlə əlaqədardır. Biz qızmar yayı geri qoymuşuq. Artıq qış fəslinə doğru gedirik və belə olanda şəhərlərdə yaşayan insanların nəqliyyat vasitələrinə tələbatı artır. Odur ki, sentyabra nisbətən oktyabrda avtomobillərə tələb var. Qiymətlər də keçən aya nisbətən cüzi də olsa artıb. Bu artım 2 %-dən çox deyil. Yeni avtomobillərin isə qiymətləri olduğu kimi qalıb”.
E.Cəfərovun sözlərinə görə yeni avtomobillərə daim tələbat var:
“Yeni avtomobillərə tələbat azalmayıb. Milli valyutanın stabil qalması və iqtisadiyyatın hazırda dayanıqlı olması imkan verir ki, vətəndaşlar yeni avtomobil ala bilsinlər. Qeyd edim ki, təxminən bu ilin dekabr ayından gələn ilin aprelinə qədər Azərbaycanda yeni komfortlu və təhlükəsiz avtomobillərə tələb daha da artacaq. Çünki iri avtomobil istehsalçıları istehsalı bir qədər azaldacaq. Lakin qiymətlərdə bu ilin sonuna qədər kəskin dəyişiklik gözlənilmir. Gələn ilin əvvəlindən ola bilər ki, qiymətlər yenə 2-3 % civarında artsın. Bu da daşınma qiymətlərinin yüksəlməsi, istehsalın azalması kimi beynəlxalq proseslərlə əlaqədardır”.
Ekspert ölkəyə hibrid avtomobillərin də gətirilməsindən danışıb:
“Sevindirici haldır ki, vətəndaşlar hibrid avtomobillərə maraq göstərir. Lakin bəzən ABŞ-dan köhnə, yararsız avtomobilləri daha çox gətirirlər. Yaxşı olardı ki, vətəndaşlarımız yeni, Avropa spesifikasiyalı hibrid avtomobillər alsınlar ki, sonra həmin avtomobillərdə problemlər olanda onun təmiri mümkün olsun. Azərbaycanda bu gün Avropa spesifikasiyalı hibrid avtomobillərin təmiri mümkündür, rəsmi dilerlər bunu edir. Amma ABŞ-dan gətirilən hibrid avtomobillərin təmirində servislər bəzən çətinlik çəkə bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat