Baş nazir bu şəxslərin maaşı ilə bağlı QƏRAR VERDİ
09:09 28.09.2019
İqtisadiyyat
1077
Baş nazir Novruz Məmmədov ədliyyə orqanları işçilərinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi barədə qərar imzalayıb.
Qərarda göstərilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənsin.
Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Bildirək ki, qərar Prezidentin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.
Xatırladaq ki, bu ilin iyun ayının 18-də Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə