Belarus açıqladı: “Azərbaycandan neft nəqlinə hazırıq”
09:56 27.02.2020
İqtisadiyyat
672
Belarusun “Qomeltransneft Drujba” magistral neft boru kəmərinin operatoru Azərbaycan neftini Ukraynadan Odessa-Brodı neft boru kəməri ilə Mozır neftayırma zavoduna tədarük etməyə praktik olaraq hazırdır.
Bu barədə TASS-a “Qomeltransneft Drujba” şirkətinin baş mühəndisi Andrey Veriqo məlumat verib.
“Bu, normal nəql prosesidir. (Ukraynadakı) operator “Ukrtransnafta”dır, şirkət bütün avadanlıqları yaxşı vəziyyətdə saxlayır. Boru kəməri heç vaxt istismardan çıxarılmayıb, texniki emal nefti ilə doldurulub, istismara hazırdır”, - deyə Veriqo bəyan edib.
Onun sözlərinə görə, Belarus tərəfi hələ 2011-ci ildə Qara dəniz vasitəsi ilə Odessadan neft nəql edib.
“Boru kəməri sistemimiz həmin vaxt da işləyib, indi də işləməyə hazırdır”, - deyə baş mühəndis əlavə edib.
O, Belarusa neft tədarükünün mart ayında Odessa limanına tankerlərin gəlişindən sonra planlaşdırıldığını təsdiqləyib.
Xatırladaq ki, Belarus hökuməti Azərbaycanın Dövlət Neft Şirkəti ilə (SOCAR) ümumi həcmi 160 min ton olan iki neft partiyasının alınması barədə müqavilə imzalayıb. Artıq mart ayında ilk neft partiyası Ukrayna vasitəsilə – Odessa-Brodı kəməri ilə Belarusa göndəriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə