Böyük gəlirlər götürəcəyik
03:14 06.07.2021
İqtisadiyyat
627
Azərbaycan nəqliyyat-logistika mərkəzinə çevrilir
Ölkənin qeyri-neft sektorunun inkişafı əsas prioritet sahələrdəndir
Çin Azərbaycan ərazisindən tranzitlə Niderlanda yük daşımağı planlaşdırır. Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib. O bildirib ki, son bir neçə il ərzində liman Avropanın iri limanları ilə əməkdaşlığı genişləndirib, bu yaxınlarda isə “Trammo Inc” və Batumi gübrə terminalının sahibi “Wondernet Express Investment Group” şirkətləri ilə anlaşma memorandumu imzalayıb: “Avropada əməkdaşlıq etdiyimiz iri limanlara Venlo, Antverpen və digər limanlar daxildir.
Gələcəkdə Çin Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır ki, bu qatarlar da tranzitlə bizim limandan keçəcək”. Departament rəhbəri əlavə edib ki, Bakı limanında reallaşdırılması planlaşdırılan iri layihələr ortamüddətli perspektivdə limanın inkişafını sürətləndirəcək, dayanıqlığını və tranzit potensialını, eləcə də beynəlxalq təşkilatların etimadını artıracaq.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlama verib. O qeyd edib ki, Azərbaycanın ən çox investisiya yatırdığı sahələrindən biri də nəqliyyat sektorudur:
"Bu günləri ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı əsas prioritet sahələrdəndir. Son illər birinci növbədə nəqliyyat infrastrukturunun inkişafı üçün daha çox işlər görülüb. Yəni yeni dəmiryolları çəkilib, həmçinin mövcud dəmiryolları müasirləşdirilib və yenilənib. Bundan başqa isə altı beynəlxalq hava limanı tikilib və fəaliyyətə başlayıb. Həmçinin, Ələtdə beynəlxalq dəniz limanı inşa olunub. Bütün bunlar Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsindən yararlanaraq prioritet kimi nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməyə xidmət edir. Habelə, gələcəkdə qeyri-neft sektorunun əlavə sahəsi kimi bundan gəlir götürmək, yəni tranzit əldə etməkdir. Təbii ki, bu işlər nəticəsində Azərbaycan kənar dövlətlərin də maraqlarını təmin edəcək".
P.Heydərov qeyd edib ki, Azərbaycan öz üzərində şimal-cənub, şərq-qərb, eyni zamanda əks istiqamətləri cəmləşdirib ki, bununla da artıq koridora, dəhlizə çevirməyə çoxdan nail olub:
" Bilirsiniz ki, bir neçə gün bundan əvvəl Finlandiyadan yüklənən dəmiryolu vaqonu artıq Azərbaycana daxil olub və burdan da Hindistana yola düşəcək. Bu, şimal-cənub dəhlizinin bir növ açılışı demək idi. Düzdür, bu, pilot xarakteri daşıyırdı. Amma bundan sonra bu reyslər mütəmadi olacaq. Bütün bunlar addım-addım nəhəng dövlətlərdən tutmuş əsas region ölkələrə qədər Azərbaycanı mühüm bir nəqliyyat dəhlizi kimi reallığa çevrildiyini təsdiq edir. Bununla da Azərbaycan böyük məbləğdə tranzit gəlirləri əldə edəcək ki, bu da ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlavə təkan rolunu oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq