Çərşənbə günü axşam saatlarında dünya bazarlarında etalon neft markaları olan "Brent" və "WTI" fərqli istiqamətlərdə hərəkət nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 19:03-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul füçerslərinin qiyməti 0,19 dollar və ya 0,18% azalaraq bir barel üçün 107,58 dollar olub.
Eyni vaxtda Nyu-Yorkun NYMEX birjasında "WTI" markalı neftin iyun füçersləri isə 0,86 dollar və ya 0,84% bahalaşaraq bir barel üçün 103,04 dollara yüksəlib.