Bu il dövriyyə 82 milyon dolları keçib
04:36 06.08.2021
İqtisadiyyat
606
Son dövrlər Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur
Ötən gün Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən bildiriblər ki, Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir, bunlardan 69-u birgə müəssisədir. Qeyd olunub ki, Azərbaycandan Özbəkistana əsas kapitala cəlb olunmuş birbaşa investisiyaların həcmi 320 min dollardan çox təşkil edib. Nazirlikdən bildiriblər ki, 2020-ci ildə Azərbaycandan Özbəkistana xidmət və malların idxalı 2019-cu illə müqayisədə 36 faiz artıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan idxal 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlama verib. O bildirib ki, son dövrlər Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur:
"2020-ci ildə pandemiya olmasına baxmayaraq Özbəkistanla Azərbaycan ticarət dövriyyəsi 2019-cu ilə nisbətən artaraq 82 milyon dollardan çox olub. Eyni zamanda, son üç ildə iki ölkə arasında ticarət dövriyyəsi də iki dəfə artıb. Bu isə ondan xəbər verir ki, ölkələr arasında birbaşa xarici investisiya qoyuluşlarında artımlar var. Özbəkistan şirkətləri Azərbaycanda həm xidmət, həm ictimai iaşə, xüsusən də qeyri-neft sektorunda fəaliyyət göstərir. Nəticədə iki ölkə arasında ticarət dövriyyəsi genişlənir. Həmçinin, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasını da müşahidə edirik. Bu da nəticə etibarı ilə ölkələrin iqtisadi münasibətlərinin genişləndirilməsinə xidmət edir. Azərbaycan da Özbəkistan və Orta Asiyaya investisiya qoyuluşunda maraqlı ölkədir. Həmçinin, ölkəmiz də Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir. Bu da ondan xəbər verir ki, Azərbaycan və Özbəkistan arasında artan dinamika ilə inkişaf edən ticarət dövriyyəsi, eləcə də qarışıq investisiya qoyuluşları növbəti illərdə daha da artacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm