
“Çörəyin çəkisi o qədər azalıb ki...”
13:39 17.09.2021
İqtisadiyyat
508
Azərbaycanda bəzi firmalar çörəyin qiymətini artırıb. Bahalaşma əsasən “Nömrə 1” və “Çörəkçi” çörək firmalarının qiymətində müşahidə olunub. “Nömrə 1” çörək zavodunun satış departamentinin müdiri Rahim Nizaməddinov açıqlamasında qiymət artımını təsdiqləyib. Şirkətin nümayəndəsi bildirib ki, qiymət artımının səbəbi əsasən unla bağlıdır. “Unun qiymətindəki artım bahalaşmanın əsas səbəblərindən biridir. O cümlədən, çörək məhsullarının hazırlanmasında istifadə olunan yağ və şəkər tozunun, çörəklərin daşınması üçün istifadə olunan paketlərin qiymətində artım var.
Eləcə də, ilin əvvəlində dizelin bahalaşması da çörəklərin daşınma xərclərinin artmasına səbəb olub. Çünki biz məhsullarımızı dizel avtomobilləri ilə marketlərə çatdırır və paylanmasını həyata keçiririk”. “Nömrə 1” çörək firmasının 4 növ çörək məhsulunda 10 qəpik, digər çörək növlərində isə 5 qəpiyə yaxın qiymət artımı olub. “Çörəkçi” firmasından isə bildirildi ki, qiymət artımı xammalın bahalaşması ilə bağlıdır: “Un və buğda qiymətində artım maya dəyərini artırıb və bu da qiymət artımı qərarının verilməsinə səbəb olub. Lakin hər mağazanın qiyməti hansı həddə artırdığı ilə bağlı məlumatımız yoxdur”. “Nur”, “Xırdalan”, “Binə və Bakıxanov” və digər çörək firmaları qiymətdə hər hansı artım etmədiklərini bildirdilər”.

İqtisadçı-ekspert, ReAL partiyasının icraçı katibi Natiq Cəfərli bu barədə “Sherg.az”a danışarkən çörəyin qiymətinin daim bahalaşdığını bildirdi:
“Bu, indiyədək çəkinin azalması yolu ilə həyata keçirilirdi. Amma çörəyin çəkisi o qədər azalıb ki, artıq texniki baxımdan istehsal mümkün deyil. Xaricdən asılılığı nəzərə alsaq, dünya bazarında taxılın qiymətinin artımı bizə də təsir etməli idi. Hökumətin təşviq proqramları və subsidiyaların verilməsi gecikdiyinə görə qiymət artımının qarşısını almaq mümkün olmadı. Hökumət qiymət artımına birbaşa müdaxilə edə bilməz. Lakin dolayısı yolla, o cümlədən təşviq proqramları, vergi güzəştləri ilə artım tənzimlənə bilər. Nazirlər Kabineti cüzi təşviq proqramı barədə qərar qəbul edib. Ancaq bu, sadəcə gələcəkdə bahalaşmanın sürətini azalda bilər”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm