Dünya Bankı Azərbaycana böyük məbləğdə kredit ayırır
06:17 06.03.2020
İqtisadiyyat
582
Dünya Bankı məşğulluğun dəstəklənməsi üçün Azərbaycana böyük məbləğdə kredit ayırır.
“İnterfaks Azərbaycan”ın xəbərinə görə, Dünya Bankı Direktorlar Şurası məşğulluğa dəstək layihəsini maliyyələşdirmək üçün Azərbaycana 100 milyon dollar kredit ayrılmasını təsdiqləyib.
Bankdan verilən məlumata görə, kredit vəsaiti dörd il güzəşt müddəti daxil olmaqla, 14 il müddətinə ayrılıb.
Beş il müddətinə nəzərdə tutulan layihənin məqsədi Azərbaycan əhalisinin daha çox ehtiyacı olan təbəqələrinə iş tapmaq, əmək bazarlarında özünüməşğulluq imkanlarını təbliğ etməkdir.
Layihədə qadınlar, gənclər, təhsil səviyyəsi aşağı olan insanlar və ölkədəki məcburi köçkünlər diqqət mərkəzində olacaqlar.
“Bu, Azərbaycan üçün vacib bir layihədir və onun məqsədi cəmiyyətin ən həssas təbəqələri üçün məşğulluq imkanlarını yaxşılaşdırmaqdır”, - deyə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə