Dünyada idman geyimlərinin qıtlığı yaşanacaq
23:37 28.09.2021
İqtisadiyyat
451
Pandemiya ilə əlaqəli bir çox ticarət zəncirləri qırılıb
Amerikalı idman geyimləri istehsalçısı "Nike" logistika sahəsində qlobal problemlər səbəbindən məhsullarının mümkün çatışmazlığı barədə xəbərdarlıq edib. Şirkət idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələrin 2022-ci ilin yazına qədər davam edə biləcəyini açıqlayıb. Təchizat zəncirinin kəsilməsi və Asiyada işçi çatışmazlığı buna səbəb kimi göstərilir.
Amerikalı istehsalçı artıq gələn il üçün öz satış proqnozunu azaldıb. Şirkətin məhsullarının dörddə üçü istehsal edilən Vyetnam və İndoneziyadakı fabrikləri yerli hökumətin koronavirusla bağlı məhdudiyyətlərindən təsirlənib. Bundan əlavə, Asiyadan Şimali Amerikaya məhsul göndərmə vaxtı iki dəfə artaraq 40 gündən 80 günə çatıb. ABŞ-da bu hal artıq uşaq oyuncaqları, taxta, yeni geyim və ev heyvanları üçün qida çatışmazlığına və nəticədə daha yüksək qiymətlərə gətirib. Oyuncaq istehsalçısı "Hasbro" və idman geyimi nəhəngi "Adidas" kimi digər böyük markalar da tətil mövsümündə potensial təchizat problemləri barədə bildirib. Həmçinin, İngiltərədə yüksək qaz qiymətləri səbəbindən müəyyən məhsulların, yanacağın çatışmazlığı yaşanır. Bəs, idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələr Azərbaycana necə təsir edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, dünyada pandemiya ilə əlaqəli bir çox təchizat zəncirlərində problemlər yaşanmaqdadır. Ekspert vurğulayıb ki, bu, avtomobil sənayesinə də təsir edib: "Hazırda bir sıra sahələrin zəncirlərində qırılmalar müşahidə olunur. Hətta bir çox ölkələrin avtomobil şirkətləri istehsalı ya müvəqqəti dayandırmağa, ya da ki, azaltmağa qərar veriblər. Bu kimi bənzər hadisələrə digər sahələrdə də şahid oluruq. Bu, iqtisadi münasibətlərin pandemiyadan dolayı çox ciddi zərər görməsi, ziyana uğramasıdır. Yəni pandemiya kifayət qədər bu sahədə problemlər yaradıb və bu səbəbdən də hazırda təchizat zəncirlərinin dəyişməsi baş verməkdədir. Asiyanın bəzi ölkələrindən, o cümlədən Çindən təchizat zəncirlərinin digər ölkələrə, o cümlədən Türkiyə üzərindən də qurulmasına çalışılır. Hətta Türkiyə hökuməti bunun üçün kifayət qədər əmək sərf edir. Ona görə də bu, obyektiv problemdir və 2022-23-cü ilə qədər davam edəcək. Çünki sərhəd keçidinin çətinləşməsi, logistik xətlərdə yaranan problemlər bir çox hallarda bu problemin artmasına səbəb olan əsas amillərdəndir".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan bir çox məhsullardan, o cümlədən də idman geyimlərindən idxaldan asılı olan bir ölkədir:
"Nike" brend markası olduğuna görə, Azərbaycanda da populyardır. Lakin buna baxmayaraq, geniş satış həcminə malik deyil. Çünki bizdə bu ayaqqabıların qiyməti çox bahadır. Ona görə də insanlar daha çox ucuz və bənzəri firmalara, ayaqqabılara üstünlük verirlər. Amma idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələr müəyyən qiymət artımına təsir edəcək bir amilə çevrilə bilər. Ancaq düşünmürəm ki, məhz bu səbəbdən qiymət artımının sürəti xeyli arta bilər. Çünki son illər onsuz da bizdə inflyasiya kifayət qədər sürətlənib".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm