Dünyada qara qızıla tələbat yüksək deyil
Yusif Nəzərli
06:28 07.12.2022
İqtisadiyyat
465
2023-cü ildə neftin qiyməti bahalaşmayacaq
"Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən Brent markalı neftin qiyməti 83 dollaradək azalıb". Bu barədə deputat Vüqar Bayramov deyib. Parlament üzvü qeyd edib ki, bu, son 4 gündə neftin qiymətində 8 faizdən çox azalmanın olması anlamına gəlir: "Bu arada Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib.
"Saudi Aramco" yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, "The Saudi" isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu, iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir. Çin karantin qaydalarını yumşaltsa da “Sıfır Kovid” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır.
Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil. Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür.
Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm