Ekspert deputatla razılaşmadı: "Əgər məhsul varsa, reklamı normal haldır"
13:08 30.09.2019
İqtisadiyyat
1318
Millət vəkili Musa Quliyev energetik içkilərin reklamının qadağan olunmasını istəyir.
Deputat Milli Məclisdə təklif verib ki, energetik içkilərin insan sağlamlığına zərərlərini nəzərə alaraq, bunun reklamı yığışdırılmalıdır.
Deputatın bu fikirləri ilə iqtisadçı ekspert Fuad İbrahimov razı deyil.
O, Sherg.az-a deyib ki, hər bir ölkənin iqtisadiyatını formalaşdıran amillər var:
"İqtisadiyyatların formalaşmasında xüsusi çəkisi olan istehsal sahələri mövcuddur. Bunlardan biri də spirtli və enerji içkiləridir. Əgər istehsal edilirsə, bunun reklamı da olmalıdır. Bütün sivil ölkələrdə məhsulun reklamı normaldır. Təbii ki, qanun çərçivəsində reklamda problem yoxdur. İstənilən məhsulu qanuna uyğun olaraq təbliğ etmək sərbəstdir. Enerji içkiləri də nəticədə bir məhsul növüdür. O başqa məsələdir ki, bu həmin içkilərin insan orqanizminə zərəri nə qədərdir, sağlamlığa ziyanı varmı. Əgər zərərlidirsə, o zaman istehsalına icazə verilməsin. İsthesal varsa və ya xaricdən gətirilirsə, bunun reklam edilməsinə qadağa məntiqsiz olardı. Bu səbəbdən də deputatın təklifini düzgün saymıram".
Lamiyə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə