Elektron əşyaların qiyməti bahalaşacaq – Koronavirusa görə…
Banuçiçək Kalbalıyeva
08:29 06.02.2020
İqtisadiyyat
1561
Çində dəhşətli koronavirusun yayılması digər sahələrə, o cümlədən iqtisadiyyata da təsir göstərib. Mövcud vəziyyətlə əlaqədər ölkədə elektron əşya istehsal edən əksər zavodlar bağlanıb. Nəticədə fəaliyyətini davam etdirən bir neçə zavod vəziyyətdən istifadə edərək qiymətləri bahalaşdırıb.
Bu isə dünyada elektron əşyaların, o cümlədən telefonun qiymətinin artmasına şərait yaradır. Çünki texniki vasitələrin çoxu məhz Çində istehsal olunur. Yaranmış vəziyyətin Azərbaycan bazarına da təsir edəcəyi gözlənilir.
Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, koronavirus iki-üç ay davam etsə, təkcə Azərbaycanda yox, digər ölkələrdə də elektron əşyaların qiyməti bahalaşacaq:
“Adətən mal idxal edən ölkələrin bir aylıq ehtiyatları olur. Düşünürəm ki, bu, bizdə də var. Amma təbii ki, koronavirus təhlükəsi qısa müddətə həll olunmasa, dünya dövlətləri iqtisadi çətinliklə üzləşəcək. Heç kimə sirr deyil ki, dünyanın əsas iqtisadi mərkəzlərindən biri Çindir. Son hadisə bunu bir daha təsdiqlədi”.
Ekspertin sözlərinə görə, vəziyyətdən yeganə çıxış yolu alıcıların öhdəsinə düşür:
“Alıcılar təmkinli və soyuqqanlı olsalar, iqtisadi çətinlikdən zərərsiz çıxa bilərlər. “Cənubi Koreya şirkətləri olan “Samsung” və “LG” bu yaxınlarda belə bir məlumat yaydı ki, məhsullarının qiymətini ucuzlaşdıracaq. Amma Cənubi Koreya Çinlə rəqabət aparmaq gücündə deyil. Ona görə də gərək alıcılar diqqətli olsunlar. Ya qiymətlər bahalaşmamış lazım olan cihazları almaq, ya da bir müddət, daha doğrusu, koronavirus təhlükəsi sovuşana kimi gözləmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya